
Dünyanı qorxuya salan İŞİD daha bir vəhşiliyə imza atıb. Qaynar.info xəbər verir ki, terror təşkilatı 3 uşağı edam edib.
Hadisə Suriyanın Rakka şəhərində baş verib. İŞİD üzvləri özlərinin yaydıqları kadrlarda Allahı təhqir etməkdə ittiham olunan 3 azyaşlının insanların toplaşdığı meydana gətirildiyi görünür. Daha sonra isə edam üçün hazırlanan odun parçasının üzərində başları kəsilir.
Qaynar.info



