Son illərdə həyata keçirdiyi qanlı əməliyyatlarla panika və qorxu yaradan İŞİD terror qruplaşması üzvlərinə koronavirusla bağlı xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, rəsmi kanalları vasitəsilə çağırış edən qruplaşma beynəlxalq ictimaiyyətin də diqqətini özünə çəkib. Xəbərdarlıqda qruplaşma üzvlərinə epidemiyanın yayıldığı torpaqlardan uzaq durmaları, xüsusən də Avropaya getməmələri və əllərini tez-tez yumaları tövsiyə edilib.
Bundan başqa bildirişdə peyğəmbərin yoluxucu xəstəliklərlə bağlı bir hədisinə də yer verilib.
Camal