
Dünən Livan ordusu İŞİD-ə qarşı "Dağların şəfəqi" adlı əməliyyata start verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, əməliyyat çərçivəsində ölkənin şərqində yerləşən İŞİD qüvvələri Livan ordusu tərəfindən vurulub. Nəticədə 20 terrorçunun öldürüldüyü, 10 Livan əsgərinin yaralandığı bildirilir. Bu barədə Livan ordusunun sözçüsü Nəzih Cüreyc məlumat verib. Ordunun növbəti hədəfinin Zəmrani keçidi olduğu deyilir.
Qeyd edək ki, Livan höküməti 10 avqustda İŞİD əleyhinə əməliyyatlar barədə əmr vermişdi və terrorçu qrupun yerləşdiyi ərazilərə davamlı olaraq raket hücumları təşkil edilirdi. Son günlərdə isə bu hücumların sayı və miqyası daha da artırılıb.
Gülşən
Qaynarinfo.Az