İŞİD-ə qoşulmaq üçün Yaponiyadan Türkiyəyə gedən M.M. Qaziantepdə tutulub.
24 yaşlı Yaponiya vətəndaşı Nizip-Karkamış yolunda avtomobil və piyadaları yoxlayan jandarma əməkdaşları tərəfindən saxlanılıb.
Onun cib telefonu araşdırılıb. Məlum olub ki, M.M sosial şəbəkələr vasitəsilə İŞİD üzvləri ilə əlaqə saxlayaraq, Türkiyəyə gəlib, oradan isə Karkamış qəsəbəsindən Suriyaya keçəcəkmiş.
Məhkəməyə aparılan Yaponiya vətəndaşının deportasiya ediləcəyi gözlənilir. (musavat.com)
Qaynar.info

