Xəbər lenti

İŞİD-in çeçen komandiri bir daha öldü
Dünya12:10 07.06.2015

İŞİD-in çeçen komandiri bir daha öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqın Bəyci şəhərində İŞİD-in çeçen komandiri zərərsizləşdirilib. Həşdi-Şabi döyüşçülərinin mətbuat katibi Kərim Nuri bəyan edib ki, İraq ordusu və könüllü briqadalarının Bəyci ərazisində İŞİD-lə döyüşlər zamanı terrorçuların çeçen milliyyətli mühüm komandiri öldürülüb.
Axar.az yazır ki, öldürülən İŞİD komandirinin adı Əbu Şamil Əl-Şişanidir. Bundan əlavə, könüllü döyüşçülər İraq ordusu ilə birlikdə Bəyci ərazisini İŞİD terrorçularından tam azad etmək üzrədirlər. İŞİD-in Bəyci döyüşlərindən qaçan terrorçu yoldaşlarını edam etdiyi bildirilir.
Xatırladaq ki, çeçen əsilli Şişaninin öldüyü barədə dəfələrlə xəbərlər yayılıb.
Qaynar.info