Xəbər lenti

İŞİD intiqam alır: əkin sahələri yandırılır
Dünya10:07 28.05.2019

İŞİD intiqam alır: əkin sahələri yandırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İŞİD terror təşkilatı İraqın Kərkük, Səlahəddin, Ənbar, Mosul, Diyala ərazilərində əkin sahələrinə od vurur.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə məsələləri üzrə müdiri Qədim Salman məlumat verib. Terrorçular ölkədə 5 min hektar əkin sahəsini yararsız hala salıb. 111 min hektar ərazini isə xilas etmək mümkün olub. İŞİD üzvləri onlara dəstək verməyən əhalidən gəlir mənbələrini məhv etməklə intiqam alır. Təhlükə ilə üz-üzə olan yerlərə mülki müdafiə qrupları cəlb edilib.
Qeyd edək ki, İŞİD 2014-cü ildə İraqın 1/3-ini ələ keçirmişdi. 2017-ci ilin sonlarında ölkənin işğal edilmiş əraziləri terrorçu təşkilatdan azad edilib.
Gülşən