
İraqın Tel Əfar bölgəsini İŞİD terror qrupundan azad etmək üçün əməliyyatlar davam edir.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, əməliyyatlar cəmi bir neçə gündür başlayıb, lakin İraq ordusu artıq şəhərin kənar məhəllələrinə daxil olub. Çəkilən son görüntülərdə ərazinin xarabalığa çevrildiyi, dağıntıların olduğu görünür.
Ərazidə 2 min nəfər terrorçunun olduğu deyilir. Yerli media Türkiyə ərazisinə qaçmağa hazırlaşan 50 İŞİD üzvünün tutulmağı barədə məlumat yayıb.
Belçika xüsusi qüvvələri İraq ordusu ilə birlikdə əməliyyatlarda iştirak edir.
Qeyd edək ki, şəhər 2014-cü ildən bəri İŞİD qüvvələrinin əlindədir. Ötən ay Mosul şəhəri 9 ay davam edən əməliyyatlardan sonra azad edilib və növbəti hədəfin Tel Əfar olduğu deyilir.
Gülşən
Qaynarinfo.Az











