Xəbər lenti

İŞİD-lə bağlı daha bir ŞOK: "400 nəfər hazırlanıb"
Dünya20:30 23.03.2016

İŞİD-lə bağlı daha bir ŞOK: "400 nəfər hazırlanıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İŞİD Avropada terror hücumları törətmək üçün ən azı 400 nəfərə təlim keçib.
 
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın "Assoşeyted Press" agentliyi hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.
İŞİD-in hətta sırf Avropada terror təşkil etmək üçün xüsusi düşərgələr qurduğu açıqlanıb. Hazırlanan terrorçulara "doğru vaxt, yer və idarə" istiqamətində təlimlər keçilib.
Təşkilatın Suriyada ərazilər itirsə belə, Avropadakı mövqelərinin güclü olduğu bildirilir.  (axar.az)
Qaynar.info