Xəbər lenti

İŞİD-lə bağlı ilginc iddia: 200 min döyüşçü...
Dünya04:30 17.11.2014

İŞİD-lə bağlı ilginc iddia: 200 min döyüşçü...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kürdüstan Bölgəsi rəhbərliyində təmsil olunan Fuad Hüseyn İŞİD-lə bağlı maraqlı açıqlamalar verib. Qaynar.info xəbər verir ki, o, terror təşkilatının ən azı 200 min döyüşçüsünün olduğunu bildirib.
Məsut Barzaninin sağ əli hesab olunan Fuad Hüseyn "The Independent" qəzetinə müsahibəsində bunları deyib: "İŞİD-in gücü düşündüyümüzdən 7 qat artıqdı. Söhbət yüzminlərlə döyüşçüdən gedir. Onlar ələ keçirdikləri bölgələrdəki gəncləri silahlandırmağı bacarırlar. İŞİD-in ən azı 200 mindən artıq döyüşçüsü var. Buna görə eyni anda bir neçə yerdə döyüşürlər. Kobaniyə, Ramadiyə, Celevlayə, Kürdüstanın 7 fərqli bölgəsinə hücum edirlər. 
İŞİD-in İrak və Suriyada ələ keçirdiyi bölgələrdə 10-12 milyon insanın yaşadığını deyən Fuad Hüseyn terror təşkilatının döyüşçü toplamaq üçün geniş əraziyə sahib olduğunu bildirib: "İŞİD həm hərbi, həm də ideoloji təməli olan bir "dövlət"dir. Onlar hər kəsə silahdan istifadə etməyi öyrəntməklə yanaşı, hamıyə ideologiyalarını aşılayırlar. Yəni insanların beynini yuyurlar".
Qaynar.info