Xəbər lenti

İŞİD lideri ilə bağlı şok iddia - FOTO
Dünya10:40 08.07.2014

İŞİD lideri ilə bağlı şok iddia - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İrak Şam İslam Dövləti (İŞİD) İraq-Suriya-Livan bölgəsində getdikcə gücləndiyi bir vaxtda, özünü xəlifə elan edən İŞİD lideri Əbubəkir əl Bağdadinin 2005-2009-cu illər aralığında ABŞ-ın əlində dustaq olduğu iddiaları ortaya çıxıb.

Qaynar.info-nun xarici mətbuata istinadla verdiyi xəbərə görə,  jurnalistlərin bu məqamla bağlı ABŞ Xarici İşlər Nazirliyinə ünvanladığı açıq suallar isə cavablandırılmayıb.

ABŞ mətbuatının əldə etdiyi bilgilərə görə, Bağdadi 4 il boyunca İraqın Bukka düşərgəsində ABŞ ordusu tərəfindən dustaq saxlanılıb.

Bir neçə gün əvvəl özünü xəlifə elan edərkən çəkilən video görüntülər xaric Bağdadinin indiyə qədər yalnız bir görüntüsü vardı. Həmin fotoşəkilin də başına ABŞ tərəfindən 10 milyon mükafat qoyulan Bağdadinin 4 illik həbs vaxtı çəkildiyi iddia olunur.

Jurnalistlərin "Bağdadinin hansı cinayətinə görə 4 illlik həbs aldığı və sonra necə azad edilməsi" ilə bağlı suallarını isə ABŞ rəsmiləri cavablandırmaqdan yayınıb.

Mətbuat qeyd edir ki, FBİ sənədlərində Bağdadinin 42 yaşı olduğu və İraqda Dəclə sahilndəki Sammara şəhərində dünyaya gəldiyi, əsl adının İbrahim Ali əl Bədri olduğu yazılır.

Qaynar.info