"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı dünən oğrluquda suçladığı şəxsin sağ əlini biləkdən kəsib.
"Cəza" mərasimi Suriyanın Rəqqa şəhərində, İŞİD-in faktiki paytaxtında olub.
Qaynar.info milli.az-a istinadən xəbər verir ki, Rəqqa şəhərindəki dükanlardan birindən saat oğurlamaqda suçlanan şəxsin işinə Şəriət məhkəməsi baxıb.
Məhkəmənin qərarı sərt olub: "Oğrunun əli biləkdən vurulmalıdır!"
Şəhər meydanlarından birində cəza proseduruna baxmağa uşaqlı-böyüklü 50 nəfər yığışmışdı.
Bu həftənin əvvəllərində İŞİD analoji "cəza"nı İraqın Mosul şəhərində gerçəkləşdirmişdi.
Qaynar.info


