Xəbər lenti

İŞİD üzvündən qandonduran açıqlamalar
Dünya09:14 09.11.2014

İŞİD üzvündən qandonduran açıqlamalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İŞİD-ə qoşulandan sonra mənə ayda 150 dollar verirdilər. Lakin təşkilatın içində çox sərt qaydalar var. Onlara əməl etməyəni sizi ölüm cəcası gözləyir". Qaynar.info xəbər verir ki, bu sözləri hazırda Türkiyədə gizlənən İŞİD üzvü Abu Almouthanna deyib.

27 yaşlı terrorçu 2012-ci ildə Suriya ordusu tərəfindən həbs olunub və 10 ay həbsxanada işgəncəyə məruz qaldıqdan sonra azadlığa çıxıb. O, əvvəlcə Azad Suriya Ordusuna, daha sonra "Əl-Qaidə"yə bağlı "Əl-Nursa" cəbhəsinə qoşulub. Son olaraq da İŞİD-in tərkibində döyüşməyə başlayıb. 

Bir müddət əvvəl Türkiyəyə gələn Abu Almouthanna Amerikanın "Fox News" kanalına açıqlamasında qan donduran etiraflar edib: "Xristianları, kürdləri və yezidiləri öldürməklə bağlı problemim yoxdu. Amma digər cihatçı təşkilatların üzvlərinə və ailələrinə hücum etmək yanlış hərəkətdi".

İŞİD-in ingilis və fransız üzvlərinin tez-tez baş kəsmək istədiyini deyən Abu Almouthanna liviyalıların silahsız döyüşdüyünü deyib. 27 yaşlı terrorçu taktiki savaşda çeçenlərin ən yaxşı olduğunu bildirib: "Döyüşlər bitdikdən sonra əsasən qadınları və uşaqları öldürürdük. Markada döyüşündən sonra İŞİD-dən qaçmaq qərarına gəldim. İndi məni axtarırlar, haqqımda ölüm əmri çıxıb".

Qaynar.info