Xəbər lenti

İslam ölkəsinin transseksualları - FOTOLAR
Dünya17:51 14.02.2015

İslam ölkəsinin transseksualları - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mənə Hina de” - 42 yaşlı fotoqraf Şahri Şarminin Banqladeşdə toxunulmazlar kastası olan “hicra”lardan hazırladığı foto-hekayə belə adlanır. “Hicra” Banqladeş, Hindistan və Pakistanda üçüncü cinsin nümayəndələrinə deyirlər. Onlar qadın kimi geyinən və özünü qadın kimi aparan, qız adları daşıyan, amma özünü nə kişi, nə də qadın cinsinə aid edən transgender və transseksuallardır.
 
Qərb dünyasında transgenderlərə daha təmkinli münasibət var, amma Cənubi Asiyada qadın kimi yaşamaq istəyən kişilər xeyli problemlərlə üzləşirlər.
Fotosessiyanın müəllifi, iki uşaq anası olan Banqladeş vətəndaşı Şarmin bunları deyir: “Mən və mənim ətrafımdakılar, elə tərbiyə edilmişik ki, bu cür adamları ümumiyyətlə insan olaraq qəbul etməyək. Onların vərdişlər, həyat tərzi, zahiri görünüşləri bu insanları həmişə cəmiyyətdən təcrid edib. Banqladeşdə üçüncü cinsin nümayəndələri nadir hallarda normal həyat yaşaya bilirlər. Onlar təhsil ala bilmirlər, məscidə gedib namaz qıla bilmirlər, nə dövlət, nə də özəl sektorda onları heç kim işə götürmür. Onların hətta səhiyyə xidmətlərindən istifadə hüququ da yoxdur. Mən Hina ilə tanış olana qədər onlara pis baxırdım. O, mənə haqsız olduğumu göstərdi. Öz həyat hekayəsini, öz dünyasını anladaraq. Mən həm onu, həm də onun kimiləri başa düşməyə başladım. İstəyirəm ki, mənim fotolarıma baxaraq insanlar görsün ki, hicralar qadınlığa necə can atırlar. Onlar hər yerdə diskriminasiyaya məruz qaldıqlarına görə çalışırlar ki, birlikdə hərəkət etsinlər”.
Şaxriyanın dediyinə görə, qədimdə “üçüncü cins” burda mövcudluğunu ona görə qoruyub saxlaya bilirdi ki, hinduizm inamında onların xoşbəxtlik və var-dövlət gətirdiklərini düşünürdülər: “Ancaq dövr dəyişdi, hicralar cəmiyyətdə öz müqəddəs mövqelərini itirdilər. İndi onlar dilənçiliklə və ya fahişəliklə məşğul olurlar...”
Qaynar.info ailəm.az-a istinadən həmin fotoları təqdim edir.
Qaynar.info