İspaniyanın yeni baş naziri Pedro Sançezin andiçmə mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, nazir Kral VI Felipenin qarşısında and içərək vəzifəsinin icrasına başlayıb.
Ötən gün sabiq baş nazir Mariano Raxoy üçün parlamentdə etibar səsverməsi keçirilmiş, mənfi nəticə əldə edən Raxoy vəzifəsindən getmək məcburiyyətində qalmışdı.
Pedro Sançes belə bir vəziyyətdə baş nazir postunu təhvil alan ilk şəxsdir. O, Sosialist İşçi Partiyasının nümayəndəsidir.
Yeni höküməti gözləyən problemlər arasında işsizlik və Kataloniya böhranı var.
Gülşən