Xəbər lenti

Kataloniya prezidenti və 8 nazir barədə həbs qərarı
Dünya07:41 03.11.2017

Kataloniya prezidenti və 8 nazir barədə həbs qərarı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniya Konstitusiya Məhkəməsi Belçikaya gedən Kataloniyanın sabiq prezidenti Karles Puiqdemont və 8 nazir barədə həbs qərarı verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Puiqdemontun vəkili Paul Bekaert sabiq prezidentin ölkəyə qayıtmayacağını açıqlayıb. İspaniya höküməti isə həbs qərarının Avropanın digər ölkələrində icra edilə biləcəyinin istisna edilmədiyini deyib. Sabiq nazirlər və prezident hökümətə qarşı üsyanda, dövlət əmlakını pis məqsədlərlə istifadədə ittiham edilirlər. Puiqdemont 30-45 il həbs təhlükəsi ilə üz-üzədir. 
Katalon liderin vəkili bildirib ki, Karles Puiqdemont Belçikada ifadə verəcək.
Qeyd edək ki, 1 oktyabrda keçirilən Kataloniyanın müstəqillik referendumundan sonra bölgə ötən həftə müstəqilliyini elan etdi, lakin İspaniya höküməti isə Kataloniyanın muxtariyyətinin ləğvi barədə qanunun icrasına start verərək ərazinin idarəsini mərkəzi hakimiyyətə tapşırdı.
Gülşən
Qaynarinfo.Az