Fransız polisi Dunkirkdə anti-terror əməliyyatına başlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat bir qadının xəstəxanaya bomba qoymaq təhlükəsi səbəbindən keçirilir. Həmin şəxs öz saytında xəstəxananı bomba ilə partlatmaqla hədələyib.
Qeyd edək ki, Fransada ötən gün prezident Emmanuel Makrona qarşı sui-qəsd hazırlamaqda ittiham edən 6 nəfər həbs edilmişdi. Bu gün həmçinin Barselona və Madriddə terror həyacanı yaşanıb.
Gülşən