Qətərin paytaxtı Dohanın mərkəzində bir neçə partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.
Məlumata gör, İsrail Dohada HƏMAS-ın yüksək vəzifəli rəhbərlərinin öldürülməsi ilə bağlı əməliyyat həyata keçirib. Bunu İsrailin yüksək vəzifəli rəsmisi ölkənin "12" telekanalına təsdiqləyib.
İsrail Müdafiə Qüvvələri (IDF) və Şin Bet (ISA-İsrailin daxili təhlükəsizlik agentliyi) hadisə ilə bağlı birgə bəyanat yayıb.
"HAMAS terror təşkilatının yüksək rəhbərliyinin olduğu yerə dəqiq zərbə endirilib. İllərdir HAMAS rəhbərliyinin bu üzvləri terror təşkilatının əməliyyatlarına rəhbərlik edir, 7 oktyabr qırğınına görə birbaşa məsuliyyət daşıyır və İsrail dövlətinə qarşı müharibə təşkil edir və ona rəhbərlik edirdilər. Zərbədən əvvəl mülki əhaliyə dəyən zərərin azaldılması, o cümlədən yüksək dəqiqlikli döyüş sursatlarının istifadəsi və əlavə kəşfiyyat məlumatlarının alınması üçün tədbirlər görülüb. İsrail Müdafiə Qüvvələri və ISA 7 oktyabrda kütləvi qətldən məsul olan HAMAS terror təşkilatını məğlub etmək üçün qətiyyətlə hərəkət etməyə davam edəcək", deyə bəyanatda qeyd edilir.
"Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, Dohaya endirilən zərbə nəticəsində HAMAS lideri Xəlil əl-Hayya öldürülüb. Hadisə yerində Xalid Məşal, Məhəmməd Darviş, Razi Hamad və İzzət əl-Rişkin olduğu bildirilir.
Şərhlər