Xəbər lenti

İsrail-Fələstin danışıqları İsraildə keçiriləcək
Dünya05:23 03.08.2013

İsrail-Fələstin danışıqları İsraildə keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail-Fələstin birbaşa danışıqlarının birinci raundu avqustun ortalarında İsraildə keçiriləcək. 

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumatına görə, bu barədə "Reuters" agentliyi İsrail Dövlətinin ədliyyə naziri Tsipi Livniyə istinadən xəbər yayıb.

Bundan əvvəl Fələstinin xarici işlər naziri Riyad Maliki demişdi ki, danşıqlar Ramazan bayramından, daha dəqiq, avqustun 11-dən sonra başlayacaq.

Sülh danışıqlarında İsrail nümayəndə heyətinə başçılıq edən T.Livni bildirib: "Biz fələstinlilərlə ilk görüşlərin bir dəfə İsraildə, bir dəfə isə Fələstin Muxtariyyətinin ərazisində keçirilməsi barədə razılığa gəldik. Qarşıdakı görüş avqustun ikinci həftəsində İsraildə baş tutacaq".

Qaynar.info