Xəbər lenti

İsrail HƏMAS-ın qurucularından birini həbs etdi
Dünya09:47 20.10.2023

İsrail HƏMAS-ın qurucularından birini həbs etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fələstinin HƏMAS hərəkatının qurucularından biri Şeyx Həsən Yusif İordan çayının qərb sahilində İsrail hərbçiləri tərəfindən həbs edilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə CNN İsrail Baş Təhlükəsizlik Xidmətinə (Şin Bet) istinadən məlumat verib.
Telekanalın məlumatına görə, Həsən Yusif İsrail Müdafiə Qüvvələrinin reydləri zamanı digər 59 fələstinli ilə birlikdə həbs edilib. O, "HƏMAS adından hərəkət etməkdə şübhəli bilinərək” saxlanılıb.
CNN-in qeyd etdiyi kimi, Həsən Yusif HƏMAS-ın İordan çayının qərb sahilindəki rəsmi nümayəndəsi və Fələstin Qanunvericilik Şurasının üzvüdür. Həsən Yusif təhrik, icazəsiz Qüdsə daxil olmaq və HƏMAS-a üzv olmaq ittihamları ilə İsraildə ümumilikdə 24 il həbsdə olub. 
O, mütəmadi olaraq beynəlxalq mediaya şərhlər verib. O, bu həftə Kanadanın "The Globe and Mail” nəşrinə bildirib ki, İsrail Qəzzaya humanitar yardımın gəlməsinə icazə vermək üçün 24 saatlıq atəşkəsə razılaşarsa, HƏMAS saxladığı 200 girovu azad edəcək.
İsrail Ordusu Həsən Yusifin saxlanılması xəbərini şərh etməyib, lakin İordan çayının qərb sahilində əməliyyat keçirildiyini təsdiqləyib. "Genişmiqyaslı antiterror fəaliyyətləri nəticəsində axtarışda olan 80-dən çox şübhəli, o cümlədən 63 HƏMAS terrorçusu bir gecədə Yəhudeya və Samariyada (İordan çayının qərb sahili) saxlanılıb”, - deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Nizami Bağırov