Xəbər lenti

İsrail İrana hərbi təyyarə satır - Gizli anlaşma
Dünya07:25 15.05.2014

İsrail İrana hərbi təyyarə satır - Gizli anlaşma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran düşmən elan etdiyi İsraillə hərbi ticarət aparırmış.

Avropa.info  xəbər verir ki, belə bir sensasion  xəbər dünya mətbuatında yayılıb. Məlumatlara görə,  ABŞ İsrailin İrana iki dəfə  hərbi avadanlıqlarla dolu gəmi göndərdiyi iddialarını araşdırır. 

Yayılan xəbərlərdə bildirilir ki, İsrail bir Yunanıstan şirkətinin vasitəçiliyi ilə hərbi avadanlıqlar və hərbi təyyarə hissələri alıb. 

Bu arada  "New York Times"  xəbər yayıb ki, hərbi avadanlıqla dolu birinci gəmi 2012-ci ilin dekabrında, ikinci gəmi isə 2013-cü ilin  aprelində İrana göndərilib. Qəzet iddia edib ki, İsrail  İrana  F-4  Tomkat  və  F-14  Tomkat  qırıcı  təyyarələri üçün hissələr də satıb.  Hərbi avadanlıqla dolu gəminin  İsrailin  Binyamina-Givat Ada  qəsəbəsindən  Hayfa limanına  yön aldığı , oradan da İrana göndərildiyi  bildirilir.

Yayılan xəbərlərdə bildirilir ki, əməliyyatdan sonra, vasitəçilik edən yunan şirkəti  "yoxa çıxıb". Araşdırma zamanı bəlli olub ki, şirkətin  telefon nömrələri məsələylə heç bir əlaqəsi olmaya  İngiltərə vətəndaşının adınadır. Hazırda ABŞ  xüsusi xidmət orqanlarının məsələni araşdırdığı bildirilir. 

Qeyd edək ki, İranla  İsrail  arasında  heç bir əlaqənin olmadığını , bu iki dövlətin düşmən olduğu dəfələrlə bəyan edilib. İran nüvə proqramı ilə bağlı embarqoya məruz qalıb. Bu səbəbdən də İsrailin İrana  hərbi avadanlıqlar satması iddiaları  mətbuatda yer aldıqdan sonra qalmaqala səbəb olub.

Qaynar.info