İsrail ordusu, İran tərəfdarı şiə silahlı qruplaşması olan "Hizbullah"ın hərbi rəhbərlərindən birini Suriyada məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News Arabia” telekanalı məlumat
yayıb.
Telekanalın məlumatına görə, komandanın məhv edilməsi, İsrail Hava Qüvvələrinin Dəməşqə yaxın, Əkraba ərazisində beynəlxalq hava limanına gedən magistralda, avtomobilə endirdiyi zərbə nəticəsində baş verib.
Raketin avtomobilə düşməsi nəticəsində maşın alışıb yanıb. Komandanla yanaşı, avtomobilin sükanı arxasında olan şiə döyüşçüsü də xəsarət alıb.
Ötən gün İsrail təyyarələri Livandakı "Hizbullah"ın raket buraxılış qurğularını hədəf alıb. İsrail Müdafiə Ordusu vurğulayıb ki, hücum "Hizbullah"ın Dov dağına raket atması nəticəsində cavab olaraq həyata keçirilib.
İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, İsrail ordusu Livanla atəşkəs rejiminə ciddi şəkildə əməl edir, amma "Hizbullah"dan gələn hər hansı pozuntuya qarşı qətiyyətlə cavab verir.
Alpər
Şərhlər