İsrail Müdafiə Qüvvələri Livanda, o cümlədən paytaxt Beyrutda həyata keçirilən genişmiqyaslı hücumların Hizbullahın Livan ərazisindən İsrailə doğru "bir neçə raket və pilotsuz uçuş aparatı (PUA)” buraxmasına cavab olduğunu açıqlayıb.
Ordunun məlumatına görə, zərbələr zamanı komanda məntəqələri, hərbi infrastruktur və Kafr D'qal ərazisi yaxınlığında iki Hizbullah əməliyyatçısını daşıyan nəqliyyat vasitəsi hədəfə alınıb.
İsrail Müdafiə Qüvvələri həmçinin bildirib ki, 2024-cü ilin noyabrında elan edilmiş atəşkəsə baxmayaraq, Livanın cənub və şərq bölgələrində Hizbullaha qarşı "əhəmiyyətli” hücumlar davam edib.
Qeyd edək ki, hücumlar fonunda Beyrutun cənub ətrafındakı Haret Hreik məhəlləsində hava zərbələri nəticəsində binalara ciddi ziyan dəyib və yanğın baş verib.
11:33
İsrail Müdafiə Qüvvələri Livana qarşı həyata keçirilən hücumların davam etdiyini və zərbələrin intensivliyinin daha da artacağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report" "ABC News"a istinadən xəbər verib.
Ordunun bazar ertəsi yaydığı məlumata görə, gecə saatlarında Beyrut və Livanın cənub bölgələrində bir sıra hava hücumları həyata keçirilib. Bildirilib ki, zərbələr zamanı Hizbullahın yüksək rütbəli üzvləri, qərargahları və hərbi infrastrukturu hədəfə alınıb.
İsrail ordusu qeyd edib ki, bu hücumlar Hizbullahın İsrail ərazisinə raket və mərmi atəşindən sonra planlaşdırılmış şəkildə başladılıb və ilk genişmiqyaslı zərbə dalğasını təşkil edir. Açıqlamada həmçinin bildirilib ki, növbəti hücumlar öncəsi Livanın cənubunda yaşayan mülki şəxslərin təxliyəsi üçün tədbirlər görülür.
Eyni zamanda, Livan ərazisindən İsrailin şimalına doğru atılan mərmilərin zərərsizləşdirildiyi bildirilib. İsrail Müdafiə Qüvvələri əməliyyatların davam edəcəyini vurğulayıb.
Günay
Şərhlər