Xəbər lenti

İsrail prezidenti ölkəsinin çöküş ərəfəsində olduğunu bildirdi
Dünya06:30 13.02.2023

İsrail prezidenti ölkəsinin çöküş ərəfəsində olduğunu bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail prezidenti İshak Hersoq məhkəmə islahatları layihəsinə qarşı kütləvi etirazlar fonunda xalqa xüsusi müraciəti zamanı deyib ki, ölkə kollaps ərəfəsindədir və hakimiyyəti iflic vəziyyətinə salmamaq lazımdır. 
Qaynarinfo bu barədə "The Times of Israel”ə istinadən xəbər verir.
"Ölkə sosial və konstitusion çöküş ərəfəsindədir. Siyasi yolun hər iki tərəfində olan vətəndaşlar zorakılıqdan, xüsusən də dövlət qulluqçularına və seçilmiş məmurlara qarşı zorakılıqdan çəkinməlidirlər”, - deyə prezident bildirib.
Hersoq özünün də hökumət islahatlarının mahiyyətindən dərin narahat olduğunu vurğulayıb və qeyd edib ki, bu islahatlar ölkənin "demokratik əsaslarına” xələl gətirə bilər. Eyni zamanda, siyasətçi bu dəyişikliklərin tətbiqinin qanuni olduğunu bildirsə də, "kompromis razılaşması üçün əsas” axtarmağa çağırıb.
Alpər