İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatların intensivliyini azaltmağa başlayıb. Onlar əsgərlərin sayını və hava hücumlarını azaldır.
Qaynarinfo bu barədə "New York Times”a
istinadən xəbər verir.
Yanvar ayından İsrail ordusu Qəzza zolağında əsgərlərinin sayını azaltmağa başlayıb. Bu, proses davam edəcək. Anklavın şimalında da əməliyyatların intensivliyi azaldılır. İsrail hərbçiləri genişmiqyaslı manevrlər əvəzinə dəqiq reydlər keçirir.
İsrail ordusunun rəsmisi bildirib ki, İDF diqqətini HƏMAS-ın əsas bazalarının yerləşdiyi Qəzzanın cənub və mərkəzi bölgələrinə yönəltməyi planlaşdırır. Onlar həmçinin anklavın sakinlərinə humanitar yardım çatdırmağa davam edəcəklər. Lakin mənbənin sözlərinə görə, münaqişənin yeni mərhələsinin qəzzalılar üçün daha az təhlükəli olub-olmayacağı bəlli deyil.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS silahlıları İsrailə hücum ediblər. Onlar yüzlərlə hərbçi və mülki insanları öldürüblər və ya qaçırıblar. İsrail buna cavab olaraq "Dəmir Qılınclar" əməliyyatının başladığını elan edib və terror obyektlərini atəşə tutub.
Nizami Bağırov