Xəbər lenti

İsrail Qəzzada quru əməliyyatı başa çatdıqdan sonra hərəkət planını açıqladı
Dünya08:04 03.12.2023

İsrail Qəzzada quru əməliyyatı başa çatdıqdan sonra hərəkət planını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail quru əməliyyatını başa vurduqdan sonra Qəzza zolağı ilə sərhəddə bufer zona yaratmağa hazırlaşır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel” adlı israilli rəsmi məlumat verib.
Onun sözlərinə görə, Qəzza zolağından sərhəddə müəyyən təhlükəsizlik bufer zonasının yaradılması ona görə lazımdır ki, HƏMAS hərəkatı artıq qüvvələri cəmləşdirmək və yəhudi dövlətinə hücum etmək imkanına malik olmasın.
"Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Biz Qəzza zolağından sərhədə bitişik ərazidə qalmağı planlaşdırmırıq", deyə İsrail rəsmisi vurğulayıb.
Nəşr qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenlə bufer zona planlarını bölüşüb.
Aydın