Xəbər lenti

İsrail Rusiyanın gizli təyyarəsini ABŞ-a verdi
Dünya11:48 31.10.2013

İsrail Rusiyanın gizli təyyarəsini ABŞ-a verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "The Guardian" qəzeti Soyuq Müharibə dövründə ABŞ-la SSRİ arasındakı rəqabəti ortaya atan bir iddia ortaya atıb.

Qaynar.info
xəbər verir ki, qəzetin iddiasına görə, ABŞ SSRİ-yə məxsus MİG-21 hərbi təyyarəsini araşdırmaq üçün 1968-ci ildə onu İsraildən istəyib.  

İsrail ordusunun 1966-cı ildə  aldığı həmin təyyarənin bütün hissələri tam orijinal olub.

1968-ci ildə həmin təyyarəni İsraildən alan ABŞ onu Nevada səhrasındakı Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus gizli "51-ci bölgə"də sınaqdan çıxarıb.

ABŞ Hərbi Hava Qüvvələri tərəfindən sınaqdan çıxarılan təyyarənin texniki xüsusiyyətləri tam öyrənilib. Təyyarənin silahları ABŞ silahları müqayisə olunub.

Qaynar.info