Xəbər lenti

İsrail Suriyada İran bazasını vurdu, 20 nəfər öldü
Dünya06:04 15.04.2018

İsrail Suriyada İran bazasını vurdu, 20 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyanın Hələb şəhərində yerləşən İrana aid hərbi bazada güclü partlayış baş verib.
Qaynarinfo "Express"ə istinadən xəbər verir ki, Suriya mediası Cəbal Əzzan rayonunda baş vermiş parlayışa səbəb kimi İsrail təyyarələrinin hücumunu göstərir. "Hizbullah" mediası isə hansısa hücumun baş vermədiyini vurğulayıb. 
Hadisə nəticəsində azı 20 nəfərin öldüyü, çox sayda yaralının olduğu deyilir.
Qeyd edək ki, Rusiya ötən həftə İsraili Suriyaya aid hərbi bazaya hücumda və 12 nəfərin ölümünə səbəb olmaqda günahlandırırdı. 
Gülşən