
İsraillə Türkiyə arasında bu həftə təzminat məsələsi ilə bağlı görüş keçiriləcək.
Qaynar.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə türkiyəli rəsmi mənbə məlumat yayıb.
İsrailin "Haaretz" qəzetinə açıqlama verən mənbə Türkiyəyə ödənilən məbləğin on milyonlarla dollar olacağını deyib.
Qəzetin əməkdaşı Zvi Barelə açıqlama verən türk mənbə, "İsrailin ödəyəcəyi məbləğin nə qədər olduğunu bilmirik, amma bildiyimiz odur ki, bu rəqəm 10 milyonlarla dollar olacaq" deyə bildirib.
Qeyd edək ki, Ankara ilə Təl-Əviv arasında xarici işlər nazirləri səviyyəsində başlayan diplomatik görüşlərdə İsrailin "Mavi Mərmərə" ölən 9 türkün ailəsinə ödəyəcəyi təzminat barədə komissiyanın qurulması barədə razılıq əldə olunmuşdu.
Qaynar.info