Xəbər lenti

İsrail və HƏMAS bir aylıq atəşkəs barədə razılığa gəlirlər - "Reuters"
Dünya07:24 24.01.2024

İsrail və HƏMAS bir aylıq atəşkəs barədə razılığa gəlirlər - "Reuters"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail və HƏMAS bir aylıq atəşkəs və girovların azad edilməsi ilə bağlı yeni razılaşma haqqında ilkin razılığa gəliblər.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.
Bununla yanaşı, agentlik mənbələri tərəflər arasında hərbi əməliyyatların dayandırılmasının həyata keçirilməsi ilə bağlı fikir ayrılıqlarının hələ də qaldığını qeyd edirlər. 
Bildirilir ki, HƏMAS əvvəlcə bir neçə ay müddətinə atəşkəs rejiminin tətbiqini təklif etsə də, dekabrın sonunda tərəflər bir aylıq fasilə barədə razılığa gəliblər. Eyni zamanda, altı mənbənin məlumatına görə, yaraqlılar atəşkəsin sonrakı şərtləri razılaşdırılana qədər növbəti danışıqlardan imtina ediblər.
Öz növbəsində, İsrail hakimiyyəti "mərhələli sövdələşmədə” israr edir - girovların tədricən azad edilməsi zamanı atəşkəs, HƏMAS isə əsirlərin azad edilməsi müqabilində daimi atəşkəs haqqında razılaşma tələb edir. Bəzi mənbələrə görə, yaraqlılar bütün dinc sakinləri əsirlikdən azad etmək mümkün olan kimi İsrail ordusunun döyüşləri bərpa edəcəyindən ehtiyat edirlər.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlıları İsrailə soxulub və hücum zamanı yüzlərlə insanı girov götürüblər. İsrail ordusu buna cavab olaraq Qəzza zolağında silahlılara qarşı hərbi əməliyyata başlayıb.
Nizami Bağırov