Xəbər lenti

İsrail və İran arasında gərginlik
Dünya06:37 10.02.2018

İsrail və İran arasında gərginlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail və İran arasında Suriyada gərginlik yaşanıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, İsrail ordusu vətəndaş müharibəsinin davam etdiyi Suriyada İrana aid pilotsuz təyyarəni vurub. Hadisənin ardından İsrailə aid F-16 təyyarəsinə raketlə hücum edilməsi barədə xəbər yayılıb. Təyyarədəki pilotlar yaralı vəziyyətdə xilas ola biliblər. Hücumun Suriya tərəfindən edildiyi bildirilir.
Ərazidə yaşayan insanlar çox sayda partlayış eşitdiklərini dilə gətiriblər. Qolan təpələrində siqnal səsləri eşidilib. 
Gülşən