
İsrail əsgərləri 6 yaşlı fələstinli uşağı cinayətkar kimi saxlayıb.
ANS PRESS-in məlumatına görə, 6 ayşlı uşaq İsrail əsgərlərinə daş atdığı üçün saxlanılıb. Dünya mətbuatında yayılan qalmaqallı videoçarxda aydın görünür ki, İsrail əsgərləri fələstinli uşağın qollarından tutub onu hərbi maşına tərəf aparırlar. Uşaq ağlaya-ağlaya əsgərlərə onu buraxmalarını deyir.
Hadisə ətrafdakıların etirazına səbəb olub. Bindan sonra İsrail əsgərləri uşağı sərbəst buraxıblar.
Qaynar.info