Xəbər lenti

İsrailin Baş naziri yəhudilərin Rusiyadan çıxarılmasını təklif etdi
Dünya07:36 22.09.2022

İsrailin Baş naziri yəhudilərin Rusiyadan çıxarılmasını təklif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra İsrailin baş naziri Yair Lapid rusiyalı yəhudilərinin mühacirətinə şərait yaratmaq üçün bu ölkəyə uçuşların sayını artırmağı təklif edib.
Qaynarinfo xəbər verir ki, "NEWS.ru.co.il” İsrail hökümətinin başçısının dəftərxanasına istinadən yazır. 
Eyni zamanda İsrail Xarici İşlər Nazirliyinə rəhbərlik edən Lapid Rusiyadan daha çox mühacir qəbul etməyi tapşırıb.
Bunun üçün daha çox viza vermək və miqrantların ölkədə yerləşdirilməsini təmin etmək lazım gələcək. 
"Sohnut” yəhudi agentliyinin məlumatına görə, Ukrayna ilə müharibədən əvvəl Rusiyada 165 min yəhudi mənşəli insanlar yaşayıb. Fevralın 24-dən sonra Rusiyadan 20,5 min nəfər yəhudi mühacirət edib. 
Nizami Bağırov