Xəbər lenti

İsrailin Baş nazirinin qızı koronavirusa yoluxdu, iclası tərk etdi
Dünya15:42 26.12.2021

İsrailin Baş nazirinin qızı koronavirusa yoluxdu, iclası tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin Baş naziri Naftali Bennet qızının koronavirus testinin müsbət çıxmasından sonra özünü təcrid edib.
Qaynarinfo xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Anna Yonatan-Leus "RİA Novosti"yə bildirib.
"Hökumətin iclası zamanı qızının koronavirus testinin müsbət çıxdığını öyrənən Baş nazir dərhal iclası tərk edib", - Yonatan-Leus vurğulayıb.
Hazırda hökumətin iclasına ədliyyə naziri Gideon Saar sədrlik edir.
Bennet PCR testindən keçəcək və qızı ilə birlikdə özünü təcrid edəcək.