Xəbər lenti

İsrailin şok namaz qərarı
Dünya13:15 26.09.2014

İsrailin şok namaz qərarı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrailin hüquq-mühafizə orqanları Əl-Əqsa məscidi ilə bağlı müsəlmanların etirazına səbəb olacaq qərar verib.

ANS PRESS-in məlumatına görə, İsrail hüquq-mühafizə orqanlarının verdiyi açıqlamada Qüds şəhərində yerləşən Əl-Əqsa məscidində yaşı 50-dən aşağı olan müsəlmanların cümə namazı qılmasına qadağa qoyulduğu bildirilir. 

Səbəb kimi isə yaşı az olan müsəlmanların təhlükəsizlik üçün problem yaratdığı göstərilir. Bu barədə Əl-Əqsa məscidinin müdiri Nacih Bəkirat da faktı təsdiqləyib. Onun sözlərinə görə, İsrail polisi tərəfindən Əl-Əqsa məscidi ətrafında təhlükəsizlik baryeri qurulub və gənclərin məscidə girməsinə icazə verilmir. 

Qeyd edək ki, İsrail polisi üç gündür davam edən “Roş a-Şana” bayramı ilə əlaqədar müsəlmanların Əl-Əqsa məscidinə girməsinə yaş həddi qoyub.

Qaynar.info