Xəbər lenti

İstanbul Hava Limanı yenə Avropada birincidir
Dünya13:11 30.07.2022

İstanbul Hava Limanı yenə Avropada birincidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) hesabatına görə, bu ilin 22-28 iyul tarixləri arasında İstanbul Hava Limanı gündəlik orta hesabla 1327 uçuşla Avropanın ən işlək hava limanı olub.
Qaynarinfo bu barədə "Anadolu"ya istinadən xəbər verir.
İstanbul aeroportu Parisdəki Şarl de Qoll və Amsterdamdakı Şiphol hava limanlarını geridə qoyaraq, Avropanın hava limanları arasında zirvədədir.
Gündə orta hesabla 942 uçuşla Antalya Hava Limanı isə Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının ən işlək 8-ci hava limanı olub.
İstanbul Hava Limanı İdarəsi (İGA) İdarə Heyətinin rəhbəri Kadri Samsunlu bununla bağlı sosial şəbəkədə paylaşım edib: "İstanbul Hava Limanı daha bir həftədir zirvədədir. Komanda işi, səmərəli kadrlar və istənilən hər bir böhranın öhdəsindən gəlməyə hazırlıqla uğur mümkündür".
M.Arif