Türkiyənin İstanbul, Elazığ və Erzincan şəhərlərini böyük təhlükə gözləyir. Qaynar.info xəbər verir ki, bu barədə İstanbul Tekniki Universitetinin professoru Naci Görür məlumat verib.
Professor bildirib ki, bu 3 şəhərdə böyük zəlzələlər gözlənilir. Naci Görürün sözlərinə görə, bu zəlzələlər baş versə, adıçəkilən şəhərlər yer üzündən silinə bilir.
Professor həmçinin qeyd edib ki, gözlənilən zəlzələlərin nə vaxt baş verəcəyi bilinmir. Bu yaxın vaxtda da baş verə bilər, 100 il sonra da.
Qaynar.info