
Hadisələr nəticəsində yaralananların sayı 44-ə çatıb
İstanbulun Harbiyə istiqamətinə keçmək istəyən polislərə, “Divan” hotelinin qarşısında bəzi aksiyaçılar maneə törədiblər. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılara təzyiqli su və bibər qazıyla müdaxilə edilib.
Polisin sıxdığı qaz, hotelin içini də bürüyüb. Hoteldə olan könüllü təcili yardım qrupları, yaralılar və müdaxilələrdən qaçaraq sığınanlar da qazdan təsirlənib.
Müdaxilə zamanı müxalifyönümlü Cümhüriyyət Xalq Partiyasının (CHP) sədr müavini Sezgin Tanrıkulu da bibər qazından təsirlənib. S.Tanrıkulu hotelin yaxınlığında yaradılan tibb məntəqəsinə aparılıb.
CHP sədr müavini Ərdoğan Torpaq, sədr müavini Akif Hamzaçebi və CHP baş katibi Bihlun Tamaylıgil də “Divan” hotelinə gəlib.
Qazdan təsirlənərək hotelə sığınanların biri də Almaniya Yaşıllar Partiyasının nümayəndəsi Klaudia Roth olub. O, Almaniyanın “ZDF” kanalına verdiyi açıqlamada “olanların canlı şahidiyəm. Müharibədəki kimi idi. Qadın, uşaq demədən qaz bombası atılırdı” deyib.
Qaynar.info






























