Xəbər lenti

İstanbulda iki sərnişin təyyarəsi toqquşdu
Dünya06:25 28.10.2013

İstanbulda iki sərnişin təyyarəsi toqquşdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbulun Atatürk Hava Limanında "Türk Hava Yolları" şirkətinə məxsus iki təyyarə toqquşub.

Bu barədə Trend Türkiyənin "CNN Türk" telekanalına istinadən bildirib.

Telekanalın məlumatına görə, Vyana-İstanbul reysi ilə hərəkət edən təyyarə San Paulo-İstanbul reysi ilə hərəkət edən təyyarə ilə toqquşub.

Toqquşma nəticəsində hər iki təyyarəyə ciddi ziyan dəyib. Aviareyslər təxirə salınıb.

Qaynar.info