Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
Qaynarinfo bu barədə Türkiyə Müdafiə Nazirliyinin saytına istinadən xəbər
verir.
Nazirlər İstanbulda Kalender sarayında görüşüb söhbət ediblər.
Şoyqu Ukrayna taxılının təhvil verilməsinə dair sazişin imzalanma mərasimində iştirak etmək üçün İstanbula gəlib.
Bu görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.
Ukraynada dərhal atəşkəsə ehtiyac olduğunu vurğulayan Akar Qara dənizdən taxılın təhlükəsiz daşınmasında göstərdiyi köməyə görə Şoyquya təşəkkür edib.
Qeyd edilir ki, taxıl daşınması sazişinin imzalanma mərasimi bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin baş katibi Antonio Quterreş, Ukrayna və Rusiya tərəflərinin iştirakı ilə keçirilir.
M.Arif