Xəbər lenti

İstanbuldan Nyu-Yorka uçan təyyarədə həyəcanlı anlar: 30 nəfər yaralandı
Dünya07:28 10.03.2019

İstanbuldan Nyu-Yorka uçan təyyarədə həyəcanlı anlar: 30 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Hava Yollarının İstanbuldan Nyu-Yorka uçan Boeing 777-300ER tipli sərnişin təyyarəsi enişə 45 dəqiqə qalmış hava boşluğuna düşüb.
Qaynarinfo İHA-ya istinadən xəvbər verir ki, hadisə nəticəsində 28 sərnişin və 2 ekipaj üzvü nəfər yaralanıb. Yaralılar təyyarə endikdən sonra Yamayka Tibb Mərkəzi və Queen Xəstəxanasına çatdırılıblar. Ekipaj üzvlərindən birinin ayağının qırıldığı, digər yaralılarda isə kəsik və göyərmələrin olduğu bildirilir.
Türkiyə Hava Yollarının mətbuat sözçüsü sərnişinlərin təhlükəsizliyinin hər zaman şirkət üçün ön planda olduğunu və baş vermiş hadisəyə görə, böyük təəssüf hissi keçirdiklərini, yaralıların vəziyyətinin diqqətdə saxlanıldığını deyib.