Xəbər lenti

İstanbulun yeni meri məlum oldu
Dünya18:10 28.09.2017

İstanbulun yeni meri məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbul Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib.

"Qaynarinfo" Report-a istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Mövlud Uysal üç turdan sonra üzvlərin lazımi səsini almağı bacarıb. 

O, üçüncü turda 179 səs alaraq Türkiyənin əsas müxalifət - Cümhuriyyət Xalq Partiyasından (CHP) olan rəqibi, Bəylikdüzü bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qalib gəlib. Namizədlərə bu turda 156 səs almaq kifayət edirdi. 

M.Uysal bu vəzifəyə seçilənədək 2009-cu ildən bəri Başakşəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb. 

Qeyd edək ki, Kadir Topbaş bu günlərdə İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyindən istefa verib. 

Qaynarinfo.Az