Dünya 20:44 15.12.2022

İsveç 2023-cü ildə Aİ-də sədrliyi üçün prioritetlərini açıqladı

İsveçin Baş naziri Ulf Kristersson 2023-cü ilin birinci yarısında ölkənin Avropa İttifaqı Şurasına sədrliyi üçün prioritetləri təqdim edib. 

Qaynarinfo bu barədə İsveçin Avropa İttifaqına sədrliyinin rəsmi saytına istinadən xəbər verir

Açıqlamada qeyd edilib ki, Aİ Şurasında İsveç sədrliyinin prioritetləri təhlükəsizlik, davamlılıq, rifah, demokratik dəyərlər və qanunun aliliyi olacaq.

Sənəddə qeyd olunur ki, İsveç Avropa İttifaqı Şurasına sədrliyi üzv dövlətlər və bütövlükdə Birlik üçün tarixi çağırışlar olduğu bir vaxtda öz üzərinə götürür.

"Rusiyanın Ukraynaya qeyri-qanuni, qəbuledilməz və əsassız müdaxiləsi Avropa təhlükəsizliyini miqrasiya, eləcə də qlobal ərzaq və enerji təchizatı üçün dəhşətli nəticələrlə təhdid yaradır. Ukrayna bir millət kimi yaşaması, vətəndaşlarının təhlükəsizliyi və həyatı üçün mübarizə aparır", bəyanatda deyilir. 

Stokholm həmçinin Aİ və onun üzv dövlətlərinin Ukraynaya "görünməmiş dəstək verdiyini və onun yanında möhkəm dayanacağına” diqqət çəkir və həmçinin etibarlı tərəfdaşlarla, o cümlədən güclü transatlantik əlaqə ilə davamlı əməkdaşlığın təmin edilməsinin vacibliyinə işarə edir.

Təqdim olunan prioritetlər tərəfdaşlarla sıx əməkdaşlıqda etibarlı Avropa təhlükəsizlik və müdafiə siyasətinin uyğunlaşdırılmasına istinad edir ki, bu siyasətin gələcək addımları Avropa İttifaqının Rusiyanın Ukraynaya təcavüzünə qarşı birgə fəaliyyətinə, eləcə də Aİ-nin Strateji Kompas və digər təşəbbüslərin həyata keçirilməsinə əsaslanacaq.

İsveçin sədrliyi Ukraynaya gələcək iqtisadi və hərbi dəstəyi, eləcə də onun Aİ-yə gedən yolunu dəstəkləməyə üstünlük verəcək.

Davamlılıq məsələsinə gəlincə, burada Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü və onun qısamüddətli nəticələrini nəzərə alaraq, iqtisadi artımın stimullaşdırılması və Avropa İttifaqının rəqabət qabiliyyətinin gücləndirilməsindən söhbət gedir.

Rifah istiqaməti enerji bazarında islahatların aparılması və iqlim problemlərinin həlli zamanı yüksək və dəyişkən enerji qiymətlərinin aradan qaldırılması deməkdir.

"Avropa iddialı iqlim hədəflərinə nail olmaq, artımı və rəqabət qabiliyyətini artırmaqla nümunə göstərməlidir. Biz Fit for 55-i işə salacağıq və enerji keçidini sürətləndirəcəyik", bəyanatda deyilir.

Xatırladaq ki, bu ilin ikinci yarısında Çexiya Aİ Şurasına sədrlik edir.

Nizami Bağırov