Xəbər lenti

İsveç Ali Məhkəməsi iki gülənçinin Türkiyəyə ekstradisiyasını dayandırdı
Dünya 11:30 20.12.2022

İsveç Ali Məhkəməsi iki gülənçinin Türkiyəyə ekstradisiyasını dayandırdı

Bazar ertəsi İsveç Ali Məhkəməsi Ankara tərəfindən 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunan türkiyəli şəxsin ekstradisiyasını ləğv etdiyini bildirib.

Qaynarinfo bu barədə "Reuters"ə istinadla xəbər verir

2016-cı ildə İsveçə qaçan və sığınacaq alan jurnalist Bülənt Kenes Türkiyə tərəfindən çevrilişdə iştirakda və ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarı olmaqda ittiham olunur. Gülən hər hansı əlaqəni inkar edir. Kenes də hər hansı cinayət törətdiyini inkar edib.

İsveç Ali Məhkəməsi çevriliş iddialarının qismən siyasi cinayətlə əlaqəli olduğunu və Kenesin siyasi baxışlarına görə təqib olunma riskinin olduğunu bildirib.

Finlandiya və İsveç may ayında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzvvlük üçün müraciət edib, lakin Türkiyənin etirazı ilə üzləşib və İsveçi terrorçu hesab etdiyi qruplara sığınacaq verməkdə ittiham edib. İndiyədək Şimali Avropa ölkələrinin NATO-ya daxil olmaq iddiası 28 dövlət tərəfindən qəbul edilib, lakin hələ də Türkiyənin dəstəyinə ehtiyac var.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->