Xəbər lenti

İsveç Gürcüstanla əməkdaşlığı dayandırır
Dünya 15:54 29.10.2024

İsveç Gürcüstanla əməkdaşlığı dayandırır

İsveç hökuməti Gürcüstan hakimiyyəti ilə bütün birbaşa əməkdaşlığı dayandırdığını bildirib, lakin vətəndaş cəmiyyəti təşkilatlarının layihələrinin maliyyələşdirilməsi davam edəcək.

Qaynarinfo xəbər verir ki, bunu "Dagens Nyheter” qəzetinə müsahibəsində İsveçin Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Benjamin Dusa deyib.

Nazir bildirib ki, İsveç Gürcüstan hökumət qurumları ilə birbaşa əməkdaşlığı dayandırır və bu qərar artıq 26 oktyabrda keçirilən səsvermədən əvvəl, ölkədə uzun müddət davam edən demokratik geriçəkilməyə görə, xüsusilə də "xarici agentlər" haqqında mübahisəli qanunun qəbuluna görə verilib.

"Bura, o cümlədən, vergi orqanları arasında əməkdaşlıq daxildir ki, biz bunu mövcud şəraitdə uyğun hesab etmirik", – deyə Benyamin Dusa vurğulayıb.

O əlavə edib ki, Stokholm Gürcüstanın yenidən istiqamətini dəyişəcəyi təqdirdə əməkdaşlığı bərpa etməyə hazırdır – bu isə hələlik "Gürcü Arzusu" hakimiyyətdə olduğu müddətdə çox mümkün görünmür.

"Əgər gələcəkdə Gürcüstanın Avropa İttifaqına inteqrasiyanı ciddi qəbul etdiyi və Aİ ilə münasibətləri qiymətləndirdiyi məlum olsa, İsveçin qapıları açıqdır", deyə nazir bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->