
İsveçin Örebro şəhərində məsciddə yanğın hadisəsi törədilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məsciddə baş verən yanğına gecə saatlarında müdaxilə edilib. Yanğınsöndürmə briqadasının rəhbəri Ulf Yakobsen məscidin istifadəyə yararsız vəziyyətə düşdüyünü deyib. Yanğın söndürülən zaman məscidin imamı gözyaşlarını saxlaya bilməyib.
2007-ci ildə inşa edilən məscidə 25 fərqli ölkədən olan müsəlmanlar ibadət üçün gəlirdi. Yanğının qəsdən törədildiyi bildirilir və hadisə araşdırılır.

Gülşən
Qaynarinfo.Az