Xəbər lenti

İsveçdə Quranı yandırmağa yenidən icazə verildi
Dünya06:58 05.04.2023

İsveçdə Quranı yandırmağa yenidən icazə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveç İnzibati məhkəməsi Quranyandırma aksiyalarına qoyulan qadağanı ləğv edib. Daha əvvəl belə bir qadağa ölkənin Daxili İşlər Nazirliyi tərəfindən tətbiq edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant AP-ya istinadən məlumat yayıb.  
Məhkəmə qeyd edib ki, toplaşmaq və nümayiş azadlığı konstitusiya ilə qorunan hüquqlardır. Məhkəmənin fikrincə, polisin bu cür hərəkətlər zamanı təhlükəsizliklə bağlı narahatlıqları belə bir məhdudiyyət üçün kifayət etmir.
İsveç polisi təhlükəsizlik baxımından Quranın yandırılmasını qadağan edib. Polisin fikrincə, bu cür nümayişlər terror aktlarına səbəb ola bilər və İsveçin maraqlarına ziddir.
Fevralda Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quran yandırılıb. Aksiyanı ifrat sağçı və anti-islamçı danimarkalı Rasmus Paludan həyata keçirib. Nəticədə Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcəyini açıqlayıb.
Nizami Bağırov