Xəbər lenti

İtaliya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi
Siyasət09:40 02.04.2022

İtaliya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Luici Di Maio İtaliya Prezidenti Sercio Mattarellanın ölkəsinə səfərlə bağlı dəvətini dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.