Xəbər lenti

İtaliya Türkiyədəki zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
Dünya07:11 06.02.2023

İtaliya Türkiyədəki zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın Mülki Müdafiə Departamenti Türkiyədə baş verən güclü zəlzələdən sonra ölkənin cənub sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq edib. Yerli sakinlərə sahilyanı ərazilərdən uzaqlaşmaq və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək tövsiyə olunub.
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.
Milli Geofizika və Vulkanologiya İnstitutunun sunami xəbərdarlığı mərkəzi böyük su kütlələrinin sürətli hərəkəti nəticəsində yaranan dalğaların bazar ertəsi səhər tezdən İtaliyanın cənubuna çata biləcəyini hesablayıb. Bu, Kalabriya, Apuliya və Siciliyanın cənub bölgəsinin sahillərinə təsir edə bilər.
Mütəxəssislərin fikrincə, hələlik dalğalar 15 sm-dən çox deyil.
Alpər