Xəbər lenti

İtaliya XİN Çindən Putinə "təzyiq göstərməyi" xahiş edəcək
Dünya10:01 04.09.2023

İtaliya XİN Çindən Putinə "təzyiq göstərməyi" xahiş edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın xarici işlər naziri Antonio Tayani Çinin xarici işlər naziri Van İdən Rusiya prezidenti Vladimir Putinə "təzyiq göstərməyi” xahiş edəcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
Nazirin sözlərinə görə, o, Putinə təzyiq göstərməyi istəyəcək ki, "Ukraynadakı müharibədə bir neçə addım geri çəkilsin və sülhə doğru getsin”.
"Bu, asan deyil, müharibə bir neçə həftəyə bitməyəcək, lakin biz heç vaxt diplomatiya yolundan əl çəkməməliyik”, - italiyalı nazir deyib. 
Tayani bildirib ki, bütün təşəbbüslər dəstəklənməlidir, çünki diplomatiya yolu ədalətli sülhə aparır, bu, ölkənin təslim olması deyil, Ukraynanın müstəqilliyi deməkdir.
"Bütün təşəbbüslər - həm Ərdoğanın, həm də Roma Papasının elçisinin təşəbbüsləri dəstəklənməlidir, çünki diplomatik yol ədalətli sülhü təmin edə bilər", - o deyib.
Nizami Bağırov