Xəbər lenti

İtaliyada “Cosa Nostra” mafiyasının başçısı həbs edildi: 30 il gizlənmişdi
Dünya10:00 16.01.2023

İtaliyada “Cosa Nostra” mafiyasının başçısı həbs edildi: 30 il gizlənmişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Siciliya mafiyası "Cosa Nostra”nın lideri Matteo Messina Denaronu həbs ediblər. O, 30 ilə yaxın polisdən gizlənib.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qido Krosetto "Twitter” səhifəsində məlumat yayıb.
"Matteo Messino Denaro həbs olundu! Polisi, ədliyyəni, ədaləti müdafiə etmək üçün hər gün sakitcə çalışan minlərlə insanı təbrik edirəm", - müdafiə naziri yazıb.
İtaliya mətbuatı yazır ki, karabinerlər mafiozu Siciliyanın Trapani əyalətində həbs ediblər. Bu, Denaronun müalicə olunmalı olduğu özəl klinikada baş verib.
Matteo Messina Denaro "Cosa Nostra” mafiya təşkilatının liderlərindən biri hesab olunur. O, ədalətdən qaçdıqdan 30 il sonra həbs edilib. Bu, 1993-cü ildə Siciliyanın Palermo şəhərində baş verib. 
Nizami Bağırov